sedanews.az
sedanews.az

DİM sədri: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər

Bugün, 11:30


Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər.
sedanevs.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:
"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".
M.Abbaszadə əlavə edib ki, bu il 1000-dən çox şəxs 600-dən yuxarı bal toplayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA