sedanews.az
sedanews.az

Son 3 ayın ən güclü maqnit qasırğası başladı

Bugün, 16:15


Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası başlayıb.
sedanevs.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından verilən məlumata görə Yer üzündə G3 səviyyəsinə yaxın güclü maqnit qasırğası müşahidə olunur.
Alimlərin sözlərinə görə bu hadisə Günəş küləyinin sürətinin artması və Yerin böyük koronal dəliyin təsir zonasında yerləşməsi ilə bağlıdır. Qasırğa əvvəlcədən proqnozlaşdırılsa da, onun real gücü gözləniləndən daha yüksək olub.
Sonuncu dəfə buna bənzər güclü maqnit qasırğası iyunun 1-2-də qeydə alınmışdı. Mütəxəssislər vəziyyətin yalnız cümə axşamı, cümə günü stabilləşəcəyini bildirirlər.
Sentyabrda artıq 3 maqnit qasırğası müşahidə olunub ki, bu da avqust ayı ilə müqayisədə 10 dəfə çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA