sedanews.az
sedanews.az

Putindən dünyanın 5 nəhənginə mühüm təklif

24-01-2020, 11:08 713 dəfə baxılıb

Putindən dünyanın 5 nəhənginə mühüm təklif






                Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrin dövlət başçıları ilə görüş keçirməyi təklif edib.
 Putin bunu Qüdsdə keçirilən “Holokost haqqında yaddaşı qoruyuruq, antisemitizmlə mübarizə aparırıq” forumunda çıxışı zamanı deyib. O, sülhün müdafiəsi üçün BMT-nin əsasını qoyan ölkələrin nümunə göstərməli olduğunu bildirib:
“Beş güc sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyıcısıdır. Biz bəzi həmkarlarımızla müzakirələr aparmışıq və belə başa düşürəm ki, BMT Təhlükəsizlik Şurasının dövlət başçılarının görüşünə dair müsbət reaksiyanı görmüşük. Görüş həmkarlarımıza uyğun olan dünyanın istənilən yerində, istənilən ölkəsində keçirilə bilər. Rusiya belə ciddi danışıqlara hazırdır”, – deyə o bildirib.
Artıq Putinin bəyanatına BMT TŞ-nin daimi üzvü olan ölkələrdən cavab gəlib. Britaniya Xarici İşlər Nazirliyi Moskvadan Putinin təklifiylə bağlı detalları gözlədiklərini açıqlayıb.
Fransa Prezidenti Emmanuel Makron da Rusiya Prezidentinin təşəbbüsünü dəstəkləyib.
Istinad
Eyni fikri Pekinin də bölüşdüyü bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA