Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı

Azərbaycanda təcili tibbi yardımın operativliyini artırmaq məqsədilə yeni layihəyə start verilir. Yerli markaya məxsus motosikletlər xüsusi olaraq “Ambucycle” (motosikletli təcili yardım) xidməti üçün hazırlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qurumdan verilən məlumata görə, ilk mərhələdə 10 motosiklet mərhələli qaydada istifadəyə veriləcək. Layihənin ilkin nəticələri və effektivliyi qiymətləndirildikdən sonra xidmətin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Ambucycle" xidməti xüsusilə sıx hərəkət olan küçələrdə və tıxaclarda pasiyentlərə ilkin tibbi yardımın daha tez çatdırılmasına imkan yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: