sedanews.az
sedanews.az

Amerikalı alimdən Paşinyana sərt cavab

17-02-2020, 11:55 638 dəfə baxılıb

Amerikalı alimdən Paşinyana sərt cavab




“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı hüquqi subyekt olduğunu bəyan etmisiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda xidmət edir?”
Bunu beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer Ermənistanın Baş nazirinin konfransdakı bəyanatını şərh edərkən bildirib.

@NikolPashinyan, you stated at #MSC2020 that #Nagorno-Karabakh is a separate entity from #Armenia. Then why is your own son serving his compulsory military service in Nagorno-Karabakh?https://t.co/y4c2MznD1Z pic.twitter.com/EIxOwPhyuB

— Brenda Shaffer (@ProfBShaffer) February 15, 2020
 
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il özünün “Facebook” səhifəsində, Dağlıq Qarabağda xidmət edən oğlu Aşot və həyat yoldaşı Anna Akopyanla birlikdə şəklini paylaşmışdı. Şəklin altında o, “Artsax D.A. hərbçisi, sıravi Paşinyanla”, - deyə şərh yazmışdı.
Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib. Ekspertlərin fikrincə, debatda Paşinyan tam fiaskoya uğrayıb, özünü və ölkəsini gülünc vəziyyətə salıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA