sedanews.az
sedanews.az

Avropadan Türkiyəyə “yaşıl işıq”: Əsl niyyət nədir?

21-04-2020, 12:34 691 dəfə baxılıb

Avropadan Türkiyəyə “yaşıl işıq”: Əsl niyyət nədir?




                Avropa ölkələri qiyamçı Haftarın Liviyada tamamilə məğlub olmasını istəmir. Bu məqsədlə tərəfləri uzlaşdıraraq, Türkiyənin Haftara olan təzyiqlərini azaltmağa çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Avropa Parlamentinin üzvü Andrea Kozzolinonun Türkiyənin Liviya hökuməti ilə gördüyü işlərə müsbət yanaşdıqlarını bildirməsi haqda danışarkən deyib. O vurğulayıb ki, bu gün Liviyada siyasi vəziyyət qeyri-sabitdir:
“Bu həm yerli, həm də xarici qüvvələrin güc balansının tez-tez dəyişməsi ilə əlaqədardır. Lakin son zamanlar qiyamçı Xəlifə Haftarın Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın qarşısında üstünlüyünü itirməsi Avropa ölkələrini ciddi şəkildə narahat edir. Sərrac Türkiyənin dəstəyi ilə başlatdığı “Qəzəb vulkanı” əməliyyatıyla Haftara ağır zərbələr vurub”.
Politoloq bildirib ki, hazırda böyük güclər Liviyada üstünlüyü ələ keçirmək üçün müxtəlif siyasi manevrlər edirlər:
“Xəlifə Haftar Avropanın bir çox ölkəsi tərəfindən dəstəklənir. Bu dəstəyin əsas səbəbi Haftarın enerji resurslarından birgə istifadəyə dair razılaşmalar imzalamasıdır. Haftar hazırda Avropanın enerji təminatında önəmli bir fiqur olaraq görünür. Bu mənada düşünmürəm ki, Avropa Parlamentinin üzvü Andrea Kozzolinonun sözləri Avropa ölkələrinin Haftara qarşı prinsipial baxışının dəyişməsi mənasına gəlsin”.
Ekspert deyib ki, Avropa ölkələri Haftarı dəstəkləsələr də, Liviyada sülhün bərpası üçün çalışırlar:
“Yəni münaqişəni yumşaldaraq, vasitəçilik missiyasını öz üzərlərinə götürüb tərəflərin bir-birilə yenidən vahid fikrə gəlməsini arzulayırlar. Çünki son günlər Türkiyənin təzyiqlərini artırması Haftarın zəifləməsinə gətirib çıxarıb. Haftarın tamamilə məğlub olması isə onlar üçün qəbuledilməz haldır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA