sedanews.az
sedanews.az

Malayziya qəzeti: Şuşanın yeni çöhrəsi göz oxşayır

27-04-2022, 14:03 325 dəfə baxılıb



    Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzetində jurnalist Taqib Şakerin “Şuşanın yeni çöhrəsi” sərlövhəli məqalə dərc olunub.
REAL TV-nin Asiya bürosu xəbər verir ki, məqalə Azərbaycanda 2022-ci il boyunca qeyd olunması nəzərdə tutulan “Şuşa ili”, eləcə də Şuşa və digər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən bəhs edir.
Müəllif qeyd edib ki, bu il 270-ci ildönümü qeyd olunan Şuşa şəhəri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunması bu tarixi şəhərin bərpasına və inkişafına xüsusi stimul verəcəkdir.  
    Malayziyalı jurnalist bu ilin fevral ayında Azərbaycana səfər etdiyini qeyd edərək, həmin səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olmaq fürsəti əldə etdiyini, Ermənistan ordusunun bu yaşayış məskənində törətdiyi cinayətləri, o cümlədən dağıdılmış mədəni-tarixi abidələri öz gözləri ilə gördüyünü vurğulayıb. Müəllif yazır: “Digər tərəfdən isə mən gördüm ki, hazırda şəhərin yenidən qurulması necə sürətlə gedir. Nəhəng əmək qüvvəsi və ağır texnika fasiləsiz işləyir. Bu da öz növbəsində onu göstərir ki, Azərbaycan hökuməti 30 il ayrı qaldığı Şuşanın bərpa edilməsinə nə qədər ciddi əhəmiyyət verir”.  
    T.Şaker Azərbaycan Mədəniyyət Nazirliyinin mənbələrinə istinad edərək, Şuşanın tarixi mədəniyyət abidələrinin, muzeylərinin və kitabxanalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib, ənənəvi “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı kimi ənənəvi tədbirlərin bərpa edilməsi barədə məlumat verib. O, həmçinin Mədəniyyət Nazirliyinin Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın anadan olmasının 190-cı ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər haqqında da yazıb.
     Müəllif məqalədə Şuşanı Azərbaycanın siyasi, ictimai və mədəni tarixindəki əhəmiyyətinə geniş yer verib.  Bu qədim şəhərin Azərbaycanın milli-mədəni inkişafına verdiyi əvəzsiz töhfələri sadalayıb.  T.Şaker, eyni zamanda, Şuşada aparılan bərpa və inkişaf layihələrinə xarici investorların cəlb edilməsi üçün Azərbaycan hökumətinin ardıcıl iş apardığını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA