sedanews.az
sedanews.az

Bu fənlərdən imtahan niyə ixtisar edilməlidir? - Ekspert

15-01-2020, 15:43 43 dəfə baxılıb

Bu fənlərdən imtahan niyə ixtisar edilməlidir? - Ekspert



                Magistratura pilləsinə qəbul imtahanlarının sadələşdirilməsinə ehtiyac var. Ancaq sadələşdirilmə ixtisas fənlərindən olan imtahanların ləğv edilməsi hesabına baş verməməli idi.
Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov magistratura pilləsinə qəbul imtahanlarının ikinci turunun ləğv edilməsini şərh edərkən deyib. Təhsil eksperti qərarın qəbul edilməsinin səbəbini magistratura üzrə plan yerlərinin dolmaması ilə əlaqələndirib:
“Müqayisə aparaq, məsələn, 2016-cı ildə magistratura pilləsinə qəbul olmaq üçün 25 min məzun sənəd verib. Bu rəqəm 2019-cu ildə 12 min olub. Azalmanın səbəbləri var:
1. Dövlət İmtahan Mərkəzi məbləği çox yüksəldib – bu rəqəm əvvəl 3 manat idisə, bu gün 110 manatdır.
2. Ali təhsil müəssisələrində təhsil haqqı yüksəkdir.
Bunlar saya təsir göstərir. Deməli, qiymətlər endirilməlidir”.
Kamran Əsədov onu da bildirib ki, bu qərar qəbul edilərkən məsələ konkret aydınlaşdırılmayıb:
“Bu qərar ölkədə ixtisaslaşmış kadrların savadsızlığına gətirib çıxaracaq. Bəli, sadələşdirilməlidir. Magistraturaya qəbul ixtisasdan və xarici dildən olmalıdır. Çünki bizə xarici dili bilən ixtisaslı kadrlar lazımdır. Amma ixtisas fənlərini ixtisar etmək yanlış addımdır”.
Təhsil eksperti magistratura üzrə sualların sayına və qabiliyyət tələb edən ixtisasların taleyinə də toxunub:
“Düşünürəm ki, 2019-cu ilə qədər 100 test tapşırığı magistratura üzrə I mərhələdə yer alırdısa, bu il sual sayında da fərq yaranacaq – artacaq. Digər tərəfdən isə qabiliyyət tələb edən jurnalistika kimi ixtisaslar üzrə praktik olaraq esse və bu kimi qabiliyyət imtahanı veriləcək və bu da özlüyündə problem yaradacaq. Keçid ballarına təsir elə də gözlənilmir, ancaq ümumi təsirləri olacaq".
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişiklik magistratura imtahanının ikinci mərhələsinin ləğvi ilə bağlı olub.
istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA