sedanews.az
sedanews.az

Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandıran məsul şəxslər olacaq

30-01-2020, 16:01 31 dəfə baxılıb

Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandıran məsul şəxslər olacaq




“Tibb müəssisələrində jurnalistlərin suallarının cavablandırılması üçün məsul şəxslər ayrılacaq”.
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bu gün keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda KİV nümayəndələri ilə həmin şəxslər arasında əlaqələrin qurulmasına başlanılacaq: 

“Bir neçə KİV nümayəndəsi eyni hadisə ilə bağlı tibb müəssisəsinə müraciət edirsə, onlara verilən məlumat eyni olur. İnformasiya sahibi hər kəsin məlumat almaq hüququnu təmin etmək üçün informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır.
Hər hansı iş başlayanda müəyyən nüanslar var, gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz bunu artıq qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaq”.
Şöbə müdiri onu da əlavə edib ki, müəyyənləşdirilmiş xüsusi saatlarda KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə girişinin də təmin edilməsi diqqətdə saxlanılır: 
“Tibb müəssisəsi ştat rejimində işləyir və işi vətəndaşa xidmət etməkdir. Birinci priotet xəstədir və onu qoyub informasiya verə bilməz. Jurnalistin suallarını cavablandıran məsul şəxs olmalıdır”.
Şöbə müdiri son olaraq tibb müəəssisələrində gizli çəkilişlə bağlı məqama da toxunub:
“Jurnalistlər tibb müəssisələrində gizli çəkiliş edə bilir. Lakin həmin çəkilişlərdən istifadə edilməsinə qanun çərçivəsində icazə verilə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA