
İranın xarici işlər naziri Abbas Araqçi bazar günü axşam Tehrandan Nyu-Yorka yola düşüb.
sedanevs.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Araqçi ABŞ-a səfəri çərçivəsində Qətərin paytaxtı Dohada qısa müddətlik dayanacaq. Bildirilir ki, İranın xarici işlər naziri burada regionda baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparacaq.
Araqçinin səfəri İran Prezidenti Məsud Pezeşkianın Nyu-Yorka səfərindən bir neçə gün əvvəl baş tutacaq. İran lideri də BMT Baş Assambleyasının illik sessiyasında iştirak etməyi planlaşdırır.
İran mətbuatı Araqçinin səfər proqramının digər detalları, həmçinin Dohada keçirəcəyi ehtimal olunan məsləhətləşmələr barədə hələlik əlavə məlumat verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.