sedanews.az
sedanews.az

Ermənistanla sərhəddə ilk: Bu dəfə Ordumuz... - Video

19-01-2021, 12:29 398 dəfə baxılıb

Ermənistanla sərhəddə ilk: Bu dəfə Ordumuz... - Video


Türkiyə və Azərbaycan hərbçilərinin “Qış təlimi-2021” hərbi təlimlərinin əvvəlkilərdən fərqi odur ki, bu dəfə müharibədən qalib çıxmış Ordumuz qardaş ölkənin hərbçiləri ilə öz təcrübəsini bölüşəcək.
Bu sözləri  ehtiyatda olan polkovnik Şair Ramaldanov Əlahiddə Ümumqoşun Ordunun Türkiyənin Qars şəhərində keçiriləcək Qış təlimi-2021-də iştirak etməsi haqqında danışarkən deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq uğurla davam edir:
“İki ölkə arasında qarşılıqlı təcrübə və yardımlaşma mövcuddur. Türkiyə ilə Azərbaycan arasında keçiriləcək hərbi təlimlər əvvəlcədən planlaşdırılıb. Yəni təlim əvvəlcədən təyin edilən plan üzrə aparılır. Azərbaycan hərbçiləri 44 günlük müharibədən yeni çıxıb. Müharibə görmüş və qələbə qazanmış bir ordunun bölüşəcəyi çox şey var. Onu da deyim ki, 44 günlük müharibədən sonra bir çox ölkələr bu müharibəni və nəticələrini təhlil etməkdədir. Qardaş Türkiyə də bu ölkələr arasındadır. Bu mənada Qış təlimi-2021 iki ölkənin hərbçiləri üçün məhsuldar olacaq”.
Polkovnik qeyd edib ki, təlimlərin Ermənistan sərhədinə yaxın Qarsda keçirilməsi xüsusi bir məna kəsb etmir:
“Müharibədən sonra bu kimi hallar diqqətlə izlənilir və şişirdilən şərhlər verilir. Bunların çoxu reallığı əks etdirmir. Qış təlimi-2021 təlimlərinin Türkiyə-Ermənistan sərhədinə yaxın Qars şəhərində keçirilməsi nə təsadüfdür, nə də xüsusi bir mənası var. Yəni qeyd etdiyim kimi, təlimlərin planı, məkanı öncədən təyin edilir. Təlimlərin Qars şəhərində keçirilməsi məhz 44 günlük müharibədən öncə müəyyən edilib”.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA