sedanews.az
sedanews.az

Azərbaycan alimləri “The Lancet” dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər

17-02-2021, 11:36 370 dəfə baxılıb

Azərbaycan alimləri “The Lancet” dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər 

Bir qrup Azərbaycan alimi nüfuzlu “The Lancet” dərgisində Ermənistan həkimlərinin yalanlarını ifşa ediblər. 
Belə ki, Hayrazat Hazaryan və həmkarları (Mart 2021) son Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanda COVID-19-a yoluxma sayının acınacaqlı həddə artmasını deyiblər.
Lakin, bu şərh COVID-19 statistikasının səhv təqdim edilməsi, həqiqətləri yanlış göstərmək və mühüm tarixi konteksti nəzərə almamaqla elmi məlumatları siyasiləşdirmək cəhdidir.
Bildirilir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərindən etibarən qlobal miqyasda COVID-19-a yoluxma sayının artmasının əsas səbəbləri arasında soyuq hava və aşağı rütubət, açıq toplantılardan qapalı məkanlara keçid, müəssisələrin və məktəblərin açılması yer alır.
Hərbi qarşıdurma pandemiyanı kəskinləşdirə bilsə də, son dövrlərdə gündəlik COVID-19 yoluxmalarının sayında kəskin artım Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından əvvəl olub.
Bu artım Azərbaycan və Ermənistana qonşu olan və münaqişəyə qarışmayan ölkədə - Gürcüstanda da qeydə alınıb.
Xatırladılır ki, İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-də Azərbaycanın tam qələbəsi ilə sona çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA