sedanews.az
sedanews.az

Ermənilərin Qazax təxribatı: Bakının cavabı necə olacaq?

2-02-2021, 14:02 570 dəfə baxılıb

Ermənilərin Qazax təxribatı: Bakının cavabı necə olacaq?

44 günlük müharibə Azərbaycan Ordusunun tarixi zəfəri ilə başa çatıb. Bununla belə Ermənistan ilə Azərbaycan arasında faktiki bir sülh müqaviləsi yoxdur. Bu mənada Ermənistan-Azərbaycan dövlət sərhədində bu kimi halların olması gözlənilirdi.
Bu sözləri  ehtiyatda olan polkovnik Şair Ramaldanov bu gün saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə doğru pulemyot silahdan atəş açılmasını şərh edərkən deyib.
O bildirib ki, Ermənistanda güclənən revanşizm siyasəti cəbhədə bu kimi insidentlərin yaşanması ilə müşahidə oluna bilər:
“Bildiyiniz kimi, 44 günlük müharibədən sonra Azərbaycan beynəlxalq sərhədlərini bərpa edib. Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində əsaslı işlər aparılır. Bəli, biz deyirik ki, Azərbaycan Ermənistan üzərində tarixi qələbə qazanıb. Bu danılmaz faktdır. Lakin eyni zamanda bu, bütün proseslərin bitməsi demək deyil. Ermənistan ilə Azərbaycan arasında faktiki bir sülh müqaviləsi yoxdur. Ermənistanda davam edən siyasi proseslər, eyni zamanda revanşizm hisləri bu kimi gərginlikləri labüd edir”.
Polkovnik qeyd edib ki, Azərbaycan tərəfi düşmənin bütün təxribatçı və aqressiv hərəkətlərinə dərhal cavab verməlidir.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA