sedanews.az
sedanews.az

Teymur Musayev 1-ci sinifə Afrikada gedib - Maraqlı faktlar

26-04-2021, 11:20 503 dəfə baxılıb

Teymur Musayev 1-ci sinifə Afrikada gedib - Maraqlı faktlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib, dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.
Axar.az Modern.az-a istinadən Teymur Musayevevin tərcümeyi-halında maraqlı məqam T.Musayevin ilk dəfə orta məktəbə uzaq Əlcəzairdə getməsidir. Bu da onun valideyninin keçmiş SSRİ-nin Afrika ölkəsindəki konsulluğunda çalışması ilə bağlı olub.
Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.
1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğu nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi medalla bitirib.
1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna daxil olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb.
2003-2004-cü illərdə Fransanın Strasburq Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.
2013-2015-ci illərdə Riqa Beynəlxalq Biznes və İqtisadiyyat Məktəbi və Riqa Stadins Universitetində birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsinə yiyələnib.
1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkimi-uroloq kimi fəaliyyət göstərib.
1997-2001-ci illərdə “H.T.P.-hi tec Pharm” İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.
2001-2003-cü illərdə “Azərbaycan Respublikasının ilk reproduktiv sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.
2003-2006-cı illərdə “Baku City Hospital” özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb.
2015-2016-cı illərdə “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub.
2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb.
2019-2020-ci ilin aprel ayına kimi “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.
2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri, 23 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası Səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA