Ötən ilin bu günlərində Azərbaycan xalqının, o cümlədən beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindən gələn informasiyalara yönəlmişdi. Xəbərlər isə çox həyəcanverici idi. Çünki iyulun 12-dən etibarən düşmən sərhədin Tovuz rayonu ərazisində irimiqyaslı təxribatlara əl atmışdı.
Belə ki, həmin gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzda dayanmadan dinc sakinləri, mülki vətəndaşları hədəfə alıb. Düşmən Tovuzda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutub.
Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə alıb. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdılıb, bir çox döyüş texnikası sıradan çıxarılıb, onlarla hərbçisi məhv edilib. Tovuz hadisələri zamanı Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəlib.
Bir sözlə, bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Belə ki, düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu - 44 günlük Vətən müharibəsinin...
“Report”un əməkdaşı hadisələrin baş verdiyi ərazilərə - Tovuz rayonunun Ağdam kəndinə səfər edib, erməni təxribatlarının qarşısını alan postlarda olub, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun hərbçiləri ilə görüşüb.
Düşmən tam nəzarətdədir
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində jurnalistlər əvvəlcə Ağdam kəndi ərazisindəki yüksəkliklərin birində yerləşən mövqelərimizə baş çəkiblər.
Strateji əhəmiyyətə malik olan bu yüksəkliyi döyüşlər zamanı olduğu kimi, hazırda da Azərbaycan Ordusunun tam nəzarətindədir. Bu ərazilərdən düşmən mövqeləri, o cümlədən bir sıra yaşayış məntəqələri aydın görünür. Əsgərlərimiz günün 24 saatı müşahidə postlarında ermənilərin hərəkətlərini izləyərək, düşməni tam nəzarətdə saxlayır.
Azərbaycan Ordusunun kiçik çavuşu Elgün Məmmədov “Report”un əməkdaşı ilə söhbət zaman bildirib ki, 2020-ci ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Tovuzda təxribatlar törədən zaman həmin yüksəkliyindəki postda xidmətdə olub.
Tovuz döyüşlərinin qəhrəmanları danışır...
Hazırda da xidmətini davam etdirən kiçik çavuş deyib ki, Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib: “Komandanlıq tərəfindən bizə verilən tapşırıqlar əsasında hücuma keçmək istəyən düşmənin qarşısını aldıq, onlara layiqincə cavab verdik. Düşmənin 100-dən artıq canlı qüvvəsini, texnikasını və atəş mövqelərini məhv etdik”.
Məğrur duruşu ilə düşmənə gözdağı verən Azərbaycan Ordusunun çavuşu Rafael Poladov da hadisələr baş verdiyi zaman döyüş postunda xidmətdə olub. O qeyd edib ki, ötən ilin iyul ayının 12-si günorta saatlarından Ermənistan silahlı qüvvələri əvvəl yüngül atıcı silahlardan, daha sonra artilleriya qurğularından Azərbaycan Ordusunun döyüş mövqelərini, sərhədyanı kəndləri atəşə tutmağa başlayıb: “Komandanlığın əmri ilə düşmənin atəş mövqeləri və arxada yerləşən artilleriya qurğuları susduruldu. Düşmənin niyyəti döyüş mövqelərimizə hücum etmək idi. Ordumuz tərəfindən onların hücumunun qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı fəxr etməlidir ki, qürurlu, döyüşkən ordusu var”.
Tovuz döyüşlərinin qəhrəmanlarından biri isə Azərbaycan Ordusunun kiçik çavuşu Asim Məmmədovdur. O da hadisələr zamanı düşmən təxribatlarının qarşısı alınarkən döyüş postunda xidmət aparanlar sırasında olub. A.Məmmədov söyləyib ki, döyüş yoldaşları ilə birgə daim Vətən keşiyində dayanırlar.
Yeni yaradılan posta şəhidin adı verilib
Sonra media təmsilçiləri düşmən postları ilə üzbəüz yerləşən daha bir mövqeyə baş çəkiblər. Bildirilib ki, yeni yaradılan bu posta Tovuz döyüşlərində şəhid olmuş Namiq Əhmədovun adı verilib.
Jurnalistlər əsgər yataqxanasının içərisində yaradılan şəraitlə yaxından tanış olublar. Burada əsgər yataqxanası ilə yanaşı, müasir standartlarla uyğun olaraq, ərzaq anbarı, əsgər yeməkxanası, sanitar qovuşaq və digər otaqlar var.
"Vətən müharibəsindən sonra düşmən sönüb"
Azərbaycan Ordusunun polkovnik-leytenantı Aqil Cəfərov söyləyib ki, döyüşlər zamanı məqsəd dövlət sərhədimizi qorumaq və həmin vaxt ermənilərin atəş vasitələrini susdurmaq, onlara layiq olan cavabı vermək idi: “Düzdür, döyüşlər zamanı şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün də düşmənin bütün təxribatlarının qarşısını almağa hazırıq. Döyüşlər zamanı şəhid olan 12 hərbi qulluqçumuzun hamısı ordumuz üçün nümunədir. Başda generalımız olmaqla digər şəhidlərimiz də öz xidmətlərində, öz işlərində sözlərini demiş və öz tabeçiliyində olan şəxslərin layiqincə hörmətini qazanmış insanlar idi. Onlar bizim üçün ən əziz və unudulmaz şəxslərdir. Şəhidlərimizin hər biri ilə qürur duyuruq və sevinirik ki, onların qisası alındı. Vətən müharibəsindən sonra isə düşmən sönmüş, ruhdan düşmüş vəziyyətdədir. Yəni heç bir reaksiyası yoxdur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Cəbhə gündəliyi: 19 oktyabrda nələr oldu...
Polad Həşimovun adı Türkiyədə parka veriləcək
Gərgin döyüşlər gedir: MN yeni görüntülər yaydı
Daha bir düşmən təxribatı: Hərbçimiz yaralandı - RƏSMİ
Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı - RƏSMİ
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb