II Qarabağ savaşı görünür Ermənistana boş vədlər kimi axmaq vərdişindən çəkinmək üçün bir dərs olmadı. 30 il müddətində işğala məruz qalan ərazilərin danışıqlar yolu ilə Azərbyacana qaytarılması üçün rəsmi Bakı bütün kompromisləri sınaqdan keçirsə də, İrəvan yeni torpaq iddiaları, yeni təxribatlarla 44 günlük Vətən müharibəsini alovlandırdı. Təəssüf ki, bu gün yenidən eyni ssenarinin şahidiyik. Belə ki, 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən hər vəchlə boyun qaçırmağa çalışan Ermənistan nəyinki, kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiya, demarkasiya məsələlərini, eyni zamanda atəşkəs rejiminin şərtlərinə də əməl etməməyi vərdiş halını almağa başlayıb.
Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutması nəticəsində iki hərbi qulluqçumuz (Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu - red) yaralanıb. Lakin bu azmış kimi Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə yenidən məhəl qoymayan Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.
Bu amil özü bir daha göstərir ki, Ermənistan hakimiyyəti artıq üçtərəfli bəyanatı ləğv etmək üçün əlindən gələni etməklə yanaşı, Rusiyanın da nüfuzuna ciddi xələl gətirməkdə israrlıdır. Daxili auditoriyaya və Qərbə hesablanan bu təxribatların əsas məqsədi isə su kimi aydındır. Paşinyan rejimi bununla Azərbaycanla sərhəddə tərəflərindən Minsk Qrupunun digər üzvlərinin (Fransa, ABŞ) beynəlxalq hərbi kontingentinin yerləşdirilməsinə çalışır ki, bununla da Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətinin nəticəsi və kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr bəyanatını ləğv etməklə əvəzində Minsk Qrupunun fəaliyyətini yenidən bərpa edərək regiona yeni oyunçuları gətirməyə can atır.
Rusiyanın atəşkəs təşəbbüsünün Ermənistan tərəfindən rədd edilməsinin tək səbəbi də budur. İrəvan bununla regionda vəziyyəti gərgin saxlamaqla dünya ictimiyyətinin diqqətini bura yönəltməyə çalışır. Lakin istənilən halda Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etmədikcə, hərbi təxribatlara son vermədikcə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaq əvəzinə destruktiv mövqe nümayiş etdirməkdə davam edəcəksə, unutmamalıdır ki, Azərbaycan da beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.
Maraqlısı isə orasındadır ki, iyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd Geğarkunik vilayətinə (əsasən Göyçə mahalını əhatə edən tarixi Azərbaycan ərazisi - S.L.) səfərindən sonra düşmən silahlı qüvvələri özlərini çox rahat hiss etməyə başladılar. Əvəzndə isə sərhəddəki insidentlərə görə yenə də bir dəfə də olsun Qərbdən İrəvana gözün üstə qaşın var deyən yoxdur. Lakin, Qərbin ikili standartları Ermənistanıın əl-qolunu açmamalıdır. Nəticəsinin necə olacağını bilmək üçün 8 ay əvvələ baxmaq kifayətdir.
Kremlin xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Qərbin dəstəyini arxasında hiss etdiyi aydındır. Qərbin sifarişi ilə 10 noyabr bəyanatının əvəzində yeni bir danışıqlar platformasını ortaya gətirmək üçün olub-qalan ordusunu da qırğına verməkdən çəkinməyən Paşinyan və komandası bilməlidir ki, Azərbaycanı bu cür cılız addımlar nə çəkindirə bilər, nə də məqsədindən döndərə...
Təhməz Əsədov
Milli.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ermənistandan ikibaşlı oyun - Düşmən Zəngəzura görə plan qurub
“Qarabağ savaşı” termini qadağan olunsun - Moskvadan baxış
Ermənilər Kəlbəcər istiqamətində bölmələrimizi atəşə tutdu
Ermənilərin Qazax təxribatı: Bakının cavabı necə olacaq?
Əsgərimiz şəhid oldu, düşmən də məhv edildi...
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Əlillər üçün reabilitasiya vasitələri alınacaq - 33 milyon manata yaxın pul xərclənəcək
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
Ödənişli ixtisasların bu tələbələri təhsilhaqqı verməyəcək - SİYAHI
Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
Dövlət orqanları arasında əmlak dövriyyəsində YENİLİK
Daha bir neçə özəl universitet bağlana bilər - AÇIQLAMA
Doğulan 41 mindən çox uşağa birdəfəlik müavinət ödənilib
Yol polisi sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib
Oktyabr ayında 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək
Sədərəkin icra başçısı işdən çıxarıldı
Bakı Abşeron rayon gənclər ŞƏHƏRCİYİNDƏ şəhidimiz Nagıyev Rövşən Mərdan oglunun mövludu
Prezident Naxçıvan şəhərinə icra başçısı təyin etdi
Kollecdə gözdən əlil abituriyentlər üçün plan yeri ayrıldı
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
İlin son Günəş tutulması baş verəcək
Bağçalara növbəyə yazılma DAYANDIRILIR
Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib
Prezident yarımstansiyanın açılışında - FOTOLAR
"Qisas" antiterror əməliyyatından dörd il ötür
Milli kimliyimizin və müstəqilliyimizin təntənəsi: 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü
l qrupda keçid balları artacaq - Məleykə Abbaszadə
Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı AÇIQLANDI
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
"Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
Bizi tarixi köklər və mənəvi yaxınlıq birləşdirir - Sadır Japarov
Bu gün 38 dərəcə isti gözlənilir
Prezident Qarabağın bərpasına dəstəyə görə Qırğızıstana təşəkkür etdi
Vətən uğrunda canından keçən unudulmaz qəhrəman: Şəhid Sərdar İsmayılov
İlham Əliyev Qırğızıstanda səfərdədir
1300 nəfərdən çox şəxsin pensiyası yenidən hesablanıb
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Azərbaycanda ən çox və ən az pensiyaçı olan RAYONLAR
Bu yay üçün istirahət yerləri: ən bahalı və ən ucuz RAYONLAR
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək