Ermənistanın müharibə əxlaqı da yoxdur – Öndər
İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ savaşında Ermənistanın heç bir müharibə əxlaqı olmadığını gördük.Bu sözləri türk hərbi ekspert Həsən Məsud Öndər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, kütləvi cinayətlərin əsas məqsədi insanlarda və döyüşən orduda terror qorxusu və dövlətin öz xalqını qoruya bilmədiyi təsəvvürü yaratmaqdır:
“Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı da erməni terror təşkilatları günahsız mülki əhalini qətlə yetirmişdi. Kazım Qarabəkir Paşa xatirələrində Ərzuruma girərkən dirəklər üzərində vəhşicəsinə öldürülən türkləri gördüyü zaman hiss etdiyi duyğuları təsvir edir. Erməni terror təşkilatı ASALA-nın türk diplomatlarına qarşı etdiyi vəhşiliklər də unudulmamalıdır.
Ən yeni tariximizdə isə ermənilər bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını törətmişdilər.
Bu baxımdan Ermənistanın insan haqlarını pozması və kütləvi qətllərlə bağlı rekordu kifayət qədər yüksəkdir. Bütün müharibə qanunlarına əsasən, mülki şəxslər toxunulmazdır. Gəncə faciəsi ilə Ermənistan bu qaydaya əməl etmədiyini bir daha dünyaya sübut etdi”, – deyə ekspert bildirib.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.