sedanews.az
sedanews.az

Türkiyədə taxılın qiyməti artıb

5-01-2022, 12:02 388 dəfə baxılıb

                                                  Türkiyədə taxılın qiyməti artıb 


Qardaş ölkədə taxıl istehsalı 2021-ci ildə 13,4 faiz azalıb
Həm pandemiya həm qlobal qilim dəyişikliyi - quraqlıq, bəzi hallarda siyasi gedişlərin nəticəsi olaraq dünya taxıl böhranının astanasındadır. Bu vəziyyətdən ən çox zərər görən isə itxaldan asılı olan ölkələrdir.
Türkiyə də daxili təlabatı ödəmək üçün itxaldan asılı vəziyyətdədir. Yerli istehsalda hər il geriləmə müşahidə olunur. Məsələn, 17.7 milyon ton buğda istehsal edən ölkə əlavə olaraq Rusiya və Ukraynadan taxıl alaraq təlabatı ödəməyə çalışıb. Təkcə Rusiyadan alınan buğda üçün 4.1 milyon dollar ödənilib. Hazırda ölkədə un məmulatlarının qiymətində kəskin artım var. 2021-ci ildə dollar qarşısında ən çox büdrəyən valyutanın da türk lirəsi olduğunu nəzərə alsaq, ərzaq məhsullarındakı artımın davam edəcəyini təxmin etmək çətin deyil.
Mütəxəssislər bu böhrandan çıxış yolunun yerli fermerlərə dəstək paketlərinə yenidən baxılmasında görür. Onsuz da, quraqlıqla üz-üzə qalan fermerlər bir tərəfdən də günü-gündən bahalaşan gübrə qiymətləri ilə lazımı məhsuldarlığı ortaya qoya bilmirlər. Üstəlik yerli fermerlərdən alınan buğdanın qiyməti də itxal buğda ilə müqayisədə ucuzdur. Səbəb isə itxal buğdanın keyfiyyətinin daha yüksək olmasıdır.
Qeyd edək ki, Türkiyə Torpaq Məhsulları Ofisi (TMO) bazarı tənzimləmək üçün çörək buğdasının qiymətini 23 faiz, arpanın qiymətini isə 24 faiz artırıb. Toxumluq və fermerlərə yanvar ayı etibarilə tonu 2050 TL arasında satılan arpanın qiyməti 2550 lirə, un və bulqur fabriklərinə satılan çörək buğdasının tonu 2625-2675 TL olduğu halda, yanvar ayında bu rəqəm 3225 – 3275 lirəyə qədər yüksəldi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA