sedanews.az
sedanews.az

Rusiya BMT TŞ-də tələb etdi: ABŞ qoşunları çıxsın!

28-01-2022, 11:26

           Rusiya BMT TŞ-də tələb etdi: ABŞ qoşunları çıxsın!



Rusiya Suriyadan bütün qanunsuz xarici qüvvələrin çıxarılmasını tələb edir.
Axar.az xəbər verir ki, bu sözzləri BMT TŞ-nin iclasında Rusiyanın bu qurumdakı nümayəndəliyinin sədr müavini Dmitri Polyanski deyib.
“Suriyada qanunsuz yerləşən bütün xarici qüvvələrin dərhal çıxarılmasını tələb edirik. ABŞ terrorizmlə mübarizədə nəinki qlobal, heç lokal miqyasda da bacarıqsız olduğunu göstərib. İŞİD-çilərin Hasekə şəhərindəki türməyə hücumu bunu bir daha nümayiş etdirdi”, - o bildirib.
Qeyd edək ki, kürd qruplaşmalarının nəzarətində olan türməyə İŞİD-in hücumu nəticəsində terrorçuların türmədən qaçdığı haqda məlumat yayılıb.
Bundan öncə isə rus senator Aleksey Puşkov ABŞ və Türkiyə qoşunlarının Suriyadan çıxarılması gərəkdiyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA