sedanews.az
sedanews.az

Prezident: "27 il kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi"

4-11-2021, 11:14 281 dəfə baxılıb

Prezident: "27 il kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi"

Mən hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, bu münaqişə həll olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.
Prezident deyib: "Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA