sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı ilə əlaqədar

10-03-2022, 14:53 290 dəfə baxılıb





10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. O, nitqi zamanı bir neçə önəmli məqamlara toxunub. 
Prezident İlham Əliyev qeyd edirdi ki, fevralda keçirilmiş növbədənkənar seçkilərin səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. 
Seçkilərin müşahidəsi üçün bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edilmiş, mütləq əksəriyyət seçkiləri yüksək qiymətləndirmişdir. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.
İlham Əliyev onu da vurğuladı ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır.
Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Prezident siyasi sistemi möhkəmləndirmək üçün müxalifət partiyaların nümayəndələrinin altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmasını tövsiyə edib. 
Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir.
Ölkədə aparılan konseptual və struktur xarakterli, kadr islahatlarına da diqqət çəkildi. Çıxış zamanı mərkəzi və yerli icra orqanlarında, dövlət qurumlarında təmizləmə işləri aparılacağına dair xəbərdarlıq edildi. 
Deputatların qarşısında duran vəzifələrdən danışan İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunların qəbul edilməsini, mütərəqqi məzmunlu qanunların hazırlanmasını, qanunlar qəbulu zamanı iqtisadi inkişafın dərinləşdirilməsini, milli dəyərlər, informasiya təhlükəsizliyi, sosial və gənclər siyasətinin nəzərə alınmasını xüsusi vurğuladı. 
Sosial siyasətlə bağlı qeyd olundu ki, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər iqtisadi imkanlarımızı gücləndirir. Gənclər siyasəti ilə bağlı isə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalı olduğu vurğulandı. 
Bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsi olan anti-Azərbaycan qüvvələrə də diqqət çəkildi. Bu, dövlətə qarşı edilən cinayətdir.
Prezident qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı. Keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açdı.
Radikalizmə qarşı mübarizə daha geniş aparılmalı, dünyəvi dövlət kimi inkişaf etməliyik. 
Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox əhəmiyyət kəsb edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Müsəlman aləmində böyük nüfuzumuz var.
Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son illərdə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.
Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğuladı. 

Bakı şəhəri V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin müəllimi Usubəliyeva Aksana






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA