sedanews.az
sedanews.az

Şuşada yeddi qazanxananın tikintisinə başlanılıb

15-04-2022, 14:07 267 dəfə baxılıb



    Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanılıb.
"APA-Economics" xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev deyib.
O bildirib ki, müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub: “Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”.
İlham Mirzəliyev onu da qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, biri isə dizellə işləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA