Qərbin Azərbaycanda sabitliyi pozmaqda maraqlı olan qüvvələri yenidən fəallaşıb. İllər uzunu cəmiyyətdə qarşıdurma, itaətsizlik yaratmağa çalışan bu qüvvələrin artıq yeni müttəfiqləri də peyda olub. Nə qədər iyrənc olsa da, bu "müttəfiqlər" cəmiyyətdə cinsi azlıqların cəmləşdiyi qurum kimi tanınan LGTB və onlarla həmfikir olan qüvvələrin sıralarındandır. Azərbaycanda guya "insan hüquqlarının pozulması" ilə bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində iş aparan bu qüvvələr ötən həftənin sonu Bakının ən gur, sıx küçələrindən birində aksiya keçirməyə cəhd göstəriblər.
Budəfəki şou xarakterli tədbiri keçirməyə "əsas" kimi jurnalist Aytən Məmmədova ilə bağlı insidenti önə çəkiblər. Halbuki bu insidentlə bağlı həm Daxili İşlər Nazirliyi, həm də müvafiq qurumların araşdırması var və nəticə ilə bağlı məlumat təqdim edəcəkləri barədə xəbər yayılıb. Lakin bu da onları qane etməyib və xaricdən aldıqları tapşırığa uyğun olaraq diqqəti özlərinə cəlb etmək istəyiblər. Ən əsas hədəf isə aksiya zamanı polisi özündən çıxarıb gərginlik yaratmaq olub. Asayiş keçikçilərinin ünvanına təhqir və hədə yağdırıb onları özündən çıxarmağa çalışsalar da, polis tolerantlıq göstərərək, onları sakitliyə dəvət edib, təxribatlarına cacab verməyib, onları asayişə dəvət edib.
Hədəflərinə çata bilməyəndən sonra isə aksiyanı siyasiləşdirməyə çalışıblar. Sanki himə bənd imişlər kimi, bəzi müxalifət partiyaları, məlum "hüquq-müdafiə" şəbəkəsi və xaricdəki "bloger" dəstəsi də çirkin kampaniyaya start verərək çağırışlar səsləndirməyə başlayıblar. Mayın 9-da həm ABŞ Dövlət Departamenti, həm ABŞ-ın Azərbaycandakı səfirliyi "A.Məmmədovaya hücumu" pisləyib. Kampaniyaya beynəlxalq təşkilatlar - "Sərhədsiz Reportyorlar", "Norveç Helsinki Komitəsi", "Human Rights Watch" da səs veriblər. Hər zaman olduğu kimi, bu dəfə də "Amerikanın səsi" və "Azadlıq" radioları bu aksiyaları fəal şəkildə işıqlandırıb və proses hələ də davam edir.
Yeri gəlmişkən, mayın 8-dən aksiya gününədək bu radioların sosial şəbəkə profillərində onlarla xəbər və müsahibə yayılıb, açıq şəkildə etiraz aksiyasına çağırışlar edilib. Şəhərin ən gur yerində keçirilməsinə baxmayaraq, aksiyaya əhalnin marağı ən aşağı həddə olub. Çox az sayda adam iştirak edib, meydana gələnlərin əksəriyyəti özlərini jurnalist kimi təqdim edib, polis isə çox etik və qanunlar çərçivəsində davranıb, heç bir zorakılığa yol verilməyib və təşkilatçıların özləri, müxalifət də bunu etiraf ediblər.
Ən maraqlı olan baş verənlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin reaksiyası olub. Səfirliyin aksiya ilə bağlı açıqlaması təəccüb doğurur. İddia edilir ki, "may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb", "zorakılıq" tətbiq olunub və s. Bu, qızışdırıcı və təhrikedici mövqenin göstəricisidir. Belə bir təəssürat yaranır ki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı nəzərə alınmadan bəyan edilib.
Burada bir analogiya aparmaq yerinə düşər. Qonşu Ermənistanda son günlər keçirilən aksiyaların dağıdılması, onlarla şəxsin saxlanılması, vətəndaşların hətta avtomobillərdən çıxarılaraq həbs olunması hallarına heç bir etiraz etməyən ABŞ və ya Böyük Britaniyanın Azərbaycanla bağlı tamam fərqli mövqe nümayiş etdirməsi ikili standartlarının nümunəsidir.
Bütün baş verənlər belə deməyə əsas verir ki, Aytən Məmmədova olayının süni şəkildə şişirdilməsi və siyasiləşdirilməsi, sonda icazəsiz aksiyanın elan olunması Qərbin bəzi dairələrinin təhriki və maliyyəsi ilə reallaşdırılan ssenaridir.
Kamran Seyidov
Milli.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakıda uşaqların satdığı salfetlərin içərisində narkotik olması ilə bağlı DİN hərəkətə keçdi - YENİLƏNİB/FOTO
Saxta qazi çirkabı
Bakıda saxta vaksin sənədi verənlər saxlanıldı
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Prezident Türkmənistanla bağlı iki mühüm sənədi təsdiqlədi
Türkiyədə müəllimlər bundan sonra ağ xalat geyinəcək
Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Britaniya səfiri Şuşaya səfər edəcək
İsmayıllıda toyda zəhərlənmə - 24 nəfər xəstəxanaya aparıldı
İtkin şəhidlər dəfn olunur
Ən rəqabətli ixtisas qrupu - Minlərlə abituriyent kəsiləcək
Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır
Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
Azərbaycan 7 ayda 12 ölkəyə 954 kq-dan çox balıq kürüsü ixrac edib
"Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib
Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövü təsis ediləcək
Xərçəngə qarşı yeni vaksin hazırlanır - İlk müsbət nəticə
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 63 %-dən çox artırıb
Sabahın havası: 36 dərəcə - PROQNOZ
Bu ölkədə hər kəsin 119 min dollar borcu var
Vətən sənə oğul dedi
İxtisas seçimini neçə abituriyent təsdiqləyib? - AÇIQLANDI
Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb
Dünya bazarında qızıl ucuzlaşdı
Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR
Azərbaycanlı deputatlar Qazaxıstana gedirlər
Boşanmaların ən yüksək olduğu RAYON
Abituriyentlərin diqqətinə: İxtisas seçimi bu gün başa çatır!
5 itkin-şəhidimiz dəfn olunacaq
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Bu gün ümumdünya humanitar yardım günüdür
Mətbuat Şurası: Rusiyanın bəzi KİV-də Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
Axirət günü nə vaxt olacaq? - Tarix AÇIQLANDI
Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır
Evlənən və boşananların sayı azalıb
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi