"Qarabağda separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Artak Beqlaryanın Rusiyanın "RİA Novosti" agentliyinə müsahibəsi zamanı dediyi "Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır", "Avropa İttifaqı "münaqişə"nin həllində iştirak etməməlidir" ifadələrinin Moskvadan bir sifariş olduğunu düşünürəm".Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.
O bildirib ki, Rusiya son günlər Ermənistanı öz orbitində saxlamaqda çətinlik çəkir:
"Beqlaryanın bu açıqlamaları etməsində Rusi yanın məqsədi çox ola bilər. İlk məqsədi o ola bilər ki, Rusiya çox ciddi və fəal şəkildə "münaqişə"ni öz tərəfinə çəkməyə çalışır. Bununla da Rusiya tərəfi yeni münaqişə yaradaraq öz mövqelərini möhkəmləndirməyə nail olmaq istəyir.
Amma əsas məsələ isə bildiyimiz kimi Rusiya itirilmiş mövqelərini bərpa etməyə çalışır. Avropada aparılan son danışıqlar Rusiyanı bir qədər kölgədə qoyur. Rusiyanın kölgədə qalmasını həzm edə bilməyən qüvvələr var. Onlar bu formada, bu vasitəylə geri əvvəlki mövqelərinə qayıtmaq istəyirlər.
"RİA Novosti" Rusiya-Ukrayna müharibəsi fonunda vəziyyətin Rusiyanın əleyhinə işlədiyini gördükdən sonra müəyyən qüvvələrin sifarişlərini yerinə yetirməyə başladı. Heç şübhəsiz ki, Artak Beqlaryanın sözügedən müsahibəsi Rusiyanın hakim dairələrində bu mövqeyi dəstəkləyən və onlara xeyir-dua verən qüvvələrin sifarişi əsasında baş verib.
Hesab edirəm ki, Azərbaycan tərəfi növbəti təxribatların qarşısını da çox çevik şəkildə alacaq. Bu istiqamətdə müəyyən işlər aparılır. Separatçı-terrorçu rejimin qondarma "dövlət naziri"nin dediyi kimi sülhməramlı qüvvələrin Azərbaycanda qeyri-müəyyən müddətə qədər qalması məsələsinə gəldikdə, "qeyri-müəyyən müddət" bəlkə də elə bizim xeyirimizə işləyə bilər. Yəni ki, biz 5 il tamam olmadan bu müddət bitə bilər və Rusiya sülhməramlıları Qarabağdan yola salına bilər. Mənə elə gəlir ki, Rusiyada müəyyən qüvvələr məhz sülhməramlılarını ortaya atmaq istəyir, onlardan bir vasitə, top kimi istifadə etmək niyyətindədir.
Görürük ki, hətta Rusiyanın orada icma yaratması haqqında fikirlər də səsləndirirlər. Əgər o ərazilərdə rus yoxdursa, bu millətin nümayəndəsi yoxdursa, öz pasportlarını ermənilərə paylamaqla məsələni çözmək haqqında düşünərlərsə, bu, açıq-aşkar beynəlxaq hüququn, sərhədlərin pozulmasıdır. Təbii ki, demirəm "Rusiya buna getməz", Rusiya istənilən hər şeyə gedə bilər. Amma məsələyə digər aspektdən də baxaq: Azərbaycan xalqı əvvəlki Azərbaycan deyil. Rusiyanın Azərbaycan üzərində təsir mexanizmi əvvəlki qədər deyil, yaxud da ki, Ermənistandakı qədər deyil. Fikrimcə, bu vasitələrlə Rusiya göstərmək istəyir ki, ermənilərin maraqları uğrunda addım atır, müəyyən bir işlər görür. Son günlər Rusiya Ermənistanı da öz orbitində saxlamaqda çətinlik çəkir. Ona görə də Rusiya tərəfi bir addım atmalıdır ki, ermənilərin könlünü alsın.
Ermənilərin Avropa İttifaqınının "münaqişə"nin həllində iştirak etməmək istəkləri də Rusiyanın başının altından çıxan bir mövzudur. Amma bu mümkün olan bir şey deyil. Avropa İttifaqı və yaxud da İttifaqın ölkələri bu gün digər cəbhədə Rusiyanın əleyhinə olan elə məsələləri həyata keçirirlər ki, bunlar birbaşa olaraq Rusiyanın mövcudluğunun əleyhinə yönəlib.
Azərbaycanın nəzarəti altında olan 15 min km/kv-lıq ərazidə sülhməramlıların arxasında gizlənərək Artak Beqlaryan kimilərinin Avropa ittifaqına meydan oxuması nə deməkdir?! Bu iki qüvvə bir-birinin mənafeyionə uyğun bəyanatlar səsləndirməklə məşğuldur. Bu cür separatçılar hesab edirlər ki, "hə, indi Aİ ilə Rusiya arasında münasibətlər çox gərgindir, əgər biz bəyanat versək ki, Avropa ittifaqı Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınmasında iştirak etməməlidir. Bu da Rusiyanın xoşuna gələcək, ona görə belə bir bəyanat verək", yaxud da ki, Rusiya hesab edirsə ki, Ermənistanda olan ruspərəst qüvvələri yenidən özünə bağlamaq üçün, onların yanında nüfuzunu biraz da artırmaq üçün Rusiya mediasında separatçılara söz imkanı yaradaq ki, xoşlarına gəlsin, heç nəyə nail ola bilməyəcəklər.
Bunlar artıq əməl olaraq heçnə edə bilmirlər, bu imkanları məhdudlaşdığı üçün açıqlamaları ilə ağıl bulandırmaq variantını seçiblər. Onların bu canfəşanlığı sözdən uzağa getməyəcək. Çünki Rusiyanın vəziyyəti hər kəsə bəllidir, indi Şərqi Avropada Ukrayna ilə ölümqalım mübarizəsi aparır".

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Yalnız bu iki ölkə Rusiya-Ukrayna müharibəsini DAYANDIRA BİLƏR
Rusiya Qarabağa sərhədləri müəyyən etmək üçün gəlməyib
Rusiyadan Qarabağda növbəti anlaşılmaz “görüş”
Rusiyanı türk ordusuna hücum üçün onlar aldadılıb – Arkov
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Eyni mərtəbədə yaşayırlar, bir-birlərini tanımırlar - Qonşuluq niyə itir?
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib (FOTO)
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi - QƏRAR
Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı
Sabah Bakıda yağış, rayonlara qar yağacaq
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Müəllim – gələcəyə yol göstərən işıq
Əziz dostum, sirdaşım Əvəz Zeynallıya vida
Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik etdi
Prezidentdən "Bakı Metropoliteni" ilə bağlı FƏRMAN
Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edildi
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı
Vüqar Bayramov: "Pensiyaların indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı - Təfərrüat
İlham Əliyev: Bizə əfsanə yaratmaq lazım deyil
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir (FOTO)
Pensiyalarla edilən dəyişiklik İZAH OLUNDU
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Ürəyinizə yaxşı baxın
Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib
Bakıda "ADEX-2026" və "Securex Caspian" sərgiləri işə başlayıb
Bu gün Cəbrayıl, Xocalı, Xocavənd öz sakinlərini qarşılayacaq
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıya gələn sərnişində 4 milyon manatdan artıq dəyərdə brilyant aşkarlanıb (FOTO)
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib (FOTO/VİDEO)
Azərbaycan nefti dəyər itirdi
Bu il 29 nəfər çimərkən, ümumilikdə isə 59 nəfər boğulub - FHN
Qızıl və gümüş ucuzlaşdı
Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Putin Təhlükəsizlik Şurasını təcili topladı