sedanews.az
sedanews.az

Rusiyanı türk ordusuna hücum üçün onlar aldadılıb – Arkov

28-02-2020, 15:23 659 dəfə baxılıb

Rusiyanı türk ordusuna hücum üçün onlar aldadılıb – Arkov




Türk hərbi birləşmələrinin münaqişə zonasında yerləşməsi barədə qəsdən Rusiya tərəfinə yanlış məlumatlar ötürülüb. Bu, Türkiyə ordusundakı Fətullah Gülənlə (FETÖ şəbəkəsi nəzərdə tutulur – red.) əlaqəli ayrı-ayrı komandirlərin türk hərbçilərinin yerlərini terrorçuların olduğu yer kimi nişan verməklə baş tutub.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
Arkov bu məlumatın az sonra təsdiqlənəcəyinə əmin olduğunu iddia edib. Onun sözlərinə görə, bu hal türk ordusu sıralarında hələ də gülənçilərin olmasına dəlalət edir:
“Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya qırıcısı vurulanda da bunun arxasından gülənçilər çıxmışdı. İndi də eyni hadisə təkrarlanır”.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinin bu xüsusi əməliyyatda iştirak etdiyini təsdiq etmədiyi üçün Moskvanın üzr istəməsinə əsas yoxdur. Daha məqsədəuyğunu Kremlin Ankaraya başsağlığı verməsi ilə münaqişə zonasında daha sıx əməkdaşlığa çağırması ola bilər.
Ekspert əlavə edib ki, Rusiya hərbi qüvvələri Suriyanın rəsmi istəyi ilə bu ölkədədir və ölkə daxilində qanunun bərpa olunmasına kömək etməyə çalışır.
“Suriyadakı terrorçular məsələsinə nöqtə qoymaq zamanıdır. Onların qalması üçün xüsusi zonalardan söhbət belə gedə biməz. Bu onlara güclərini bərpa etməyə, mülki şəxslərə və Suriyanın qanuni hakimiyyət nümayəndələrinə qarşı yeni hücumlara hazırlaşmağa kömək edər. Terrorçular silahlarını yerə qoyub Suriyaya təslim olmalı, rəsmi Dəməşq isə onların sağ qalmasına, ailə üzvlərinin təhlükəsizliyinə, təqib edilməmələrinə zəmanət verməlidir”, - deyə Arkov vurğulayıb.
Rusiyalı politoloq sonda bütün türk xalqına əsgərlərin ölümü ilə bağlı başsağlığı verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA