sedanews.az
sedanews.az

“Azərenerji” azad edilmiş rayonların 150-dən çox sakinini işlə təmin edib - VİDEO

25-07-2022, 10:26 218 dəfə baxılıb



   “AzərEnerji” işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə yanaşı Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq sistemli məskunlaşma fəaliyyətini də həyata keçirir.
“AzərEnerji”dən REAL-a verilən məlumata görə, bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib.
   Qeyd edək ki, enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri də həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “AzərEnerji”nin əməkdaşlarından öz ailəsilə birlikdə yaşayanlar var.
Onu da nəzərinizə çatdıraq ki, “AzərEnerji” tərəfindən tikilərək istismara verilən bəzi yarımstansiyaların mühafizə zonasında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyaların yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların ərazisində də yataqxanalar tikilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA