sedanews.az
sedanews.az

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

25-07-2023, 11:42 160 dəfə baxılıb


   

  Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.
REAL xəbər verir ki, iclas Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Bakı şəhər, tabe rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində həyata keçirilir.
  İclas bu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.
  Baş Prokurorluğun Kollegiya üzvləri ölkədə məhkəmə-hüquq islahatlarının banisi, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, unudulmaz xatirəsini ehtiramla yad edib.
  İclasdan öncə Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.
  Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA