sedanews.az
sedanews.az

MDB ölkələrinin səfirləri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər

10-05-2023, 12:35 302 dəfə baxılıb



      MDB ölkələrinin səfirləri Bakıda Fəxri xiyabana gələrək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
REAL xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.
"Səfir Andrey Ravkov MDB ölkələrinin səfirləri ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bundan başqa, Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri qoyulub", - məlumatda deyilir.
Belarus səfiri ilə birlikdə Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan səfirləri də Heydər Əliyevin xatirəsini yad ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA