sedanews.az
sedanews.az

Azərbaycan polisindən Xankəndidə erməni sakinlərə jest

11-10-2023, 11:57 190 dəfə baxılıb

   Azərbaycan polisi Qarabağda ermənilərin tərk etdiyi evləri qoruyur.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda “İravunk” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, ermənilər Ermənistana qayıtdıqdan sonra onların yaşadığı evlər Azərbaycan polisi tərəfindən mühafizə altına alınıb.
   “Evlərdə əşyalara qədər heç nəyə toxunulmayıb. Azərbaycan polisi evlərin qapılarını bağlayıb və mühafizə altına alıb. Qarabağda qalan erməni sakinlər bildirirlər ki, Ermənistana gedən ermənilər geri qayıtmaq istəyərsə, çıxdıqları evlərində yaşaya bilmələri üçün hər cür şərait var”, - nəşr yazır.
Ermənilər tərəfindən etiraf edilən bu fakt Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialarını alt-üst edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA