sedanews.az
sedanews.az

Əlilliyi olan şəxslər Vətən müharibəsinin ildönümü ilə bağlı 44 Azərbaycan bayrağı tikib

11-10-2023, 12:50 182 dəfə baxılıb

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar “Qələbə soraqlı bayrağım” adlı layihəyə başlanıb.
   REAL xəbər verir ki, agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçərək dərzilik sənətinə yiyələnən gənclərin iştirakı ilə layihə üzrə 44 Azərbaycan bayrağı tikilir.
   Bayraqlar hazırlandıqdan sonra şəhidlərimizin övladları üçün mərkəzə ekskursiya təşkil ediləcək və bayraqlar əlilliyi müəyyən edilmiş şəxslər tərəfindən onlara təqdim olunacaq.
  Layihənin məqsədi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinə, onların bizlərə yadigar qalan övladlarına daim diqqətdə olduqlarını hiss etdirməkdir. Həmçinin əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və şəhid övladlarının asudə vaxtının səmərəli təşkilidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA