sedanews.az
sedanews.az

Şarl Mişel Qəzzada xəstəxanaya edilən hücumu pisləyib

18-10-2023, 12:14 339 dəfə baxılıb


  "Qəzzada Əl-Əhli xəstəxanasına edilən faciəli hücumdan dəhşətə gəldim".
REAL xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında bildirib.
"Günahsız mülki şəxslər və tibb işçilərinin olduğu bir obyekti vurmaq üçün heç bir məntiqli səbəb yoxdur. Mülki infrastrukturun hədəf alınması beynəlxalq hüquqa ziddir.
  Bu hadisə ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vacibdir", - Şarl Mişel bildirib.
Aİ rəsmisi həmçinin Qəzza zolağına humanitar yardımın dərhal çatdırılması üçün imkan yaradılmasına çağırış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA