sedanews.az
sedanews.az

Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək

26-10-2023, 12:48 290 dəfə baxılıb

   Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 2-si saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.
   Baş Prokrorluqdan REAL-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatını rayon prokurorluqları həyata keçirəcək.
   Bilidirilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA