Türkiyədə liseyə hücum: yaralıların sayı 10-a çatdı

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda lisey qarşısında silahlı hücum olub.
sedanevs.az xəbər verir ki, hadisə Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
Türkiyə mediasının son məlumatına görə, hücum nəticəsində yaralanan şagirdlərin sayı 10-a çatıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hücumda şübhəli bilinən H.O.-nun 2011-ci il təvəllüdlü, 15 yaşlı 9-cu sinif şagirdi olduğu müəyyənləşib. Məlumata əsasən, yeniyetmə məktəbə ov tüfəngi ilə gələrək aralarında ədavət olan şagirdlərə atəş açıb.
Şübhəlinin hadisədən bir gün əvvəl məktəbdə dava etdiyi bildirilir. İlkin araşdırmalar hücumun terror aktı kimi planlaşdırılmadığını, şəxsi münaqişə zəminində törədildiyini göstərir.
Atəş açmaqda şübhəli bilinən yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Silah səslərindən sonra şagirdlərin valideynləri məktəbin ətrafına toplaşıblar.
Hadisə ilə bağlı istintaq davam etdirilir. İlkin məlumatlarda 5 şagirdin yaralandığı və bir nəfərin öldüyü bildirilsə də, son məlumatlarda ölüm faktı təsdiqlənməyib. Şübhəlinin saxlanılması rəsmi mənbələr tərəfindən də açıqlanıb.(modern)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: