sedanews.az
sedanews.az

"Biz Qarabağı aldıq, siz Araratı alın" deyən Sərkisyan...

13-12-2023, 15:13 182 dəfə baxılıb

   Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sərkisyanın Polşanın Baş nazirinə yazdığı məktubda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirməsinə, “Artsax” səhifəsinin bağlanmadığını deməsinə münasibət bildirib.

 icma yaydığı bəyanatda S. Sərkisyanın vaxtilə çox təkəbbürlü danışdığını, özünü olduqca həyasız apardığını bildirib.
"Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnən, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyən, “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi boğazdan yuxarı açıqlama verən Serj Sərkisyan və onun Ermənistanı 2016-cı ildə aprel ayında Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildi.
Bundan sonra Serj Sərkisyanın əvvəlki təkəbbürü yoxa çıxdı, o, “Lələtəpəni geri alardım, amma 100 nəfər itki verərdik, erməni əsgərlərinin həyatını Lələtəpədən üstün tuturam” kimi boş, sentimental fikirlərlə Ermənistan cəmiyyətinin başını aldatmaq istədi. Amma bir müddət sonra Serjik Sarqsyan, özü kimi digər Xocalı qatili Seyran Ohanyan başda olmaqla “tuşonka generalları”nı qovdu və bununla da, məğlubiyyətini etiraf etdi".
İcma bildirib ki, aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarqsyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı, amma onun daha böyük “sprint qaçışı” hələ qabaqda idi:
"2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkəranə şəkildə Qarabağa gəlməklə özünə “qəhrəman” libası verməyə çalışan Serj Sərkisyan bir müddət sonra bu dəfə rəşadətli Azərbaycan ordusunun qabağından qaçdı. Serjik Sarqsyan tarixdə məhz fərari kimi qalacaq. Ermənistanın müharibə vaxtı 12 min fərarisi arasında Serj Sərkisyan “şərəfli” yer tutur.
Vətən müharibəsindən sonra Serj Sərkisyan hərdən bir sarsaq və kövrək açıqlamalar verir, hamıdan imdad diləyir. Artıq Serj Sərkisyanın Artak Beqlaryanlardan heç bir fərqli yoxdur. Bu gün Şuşa, Xocalı, Xankəndi, bütün Qarabağ azaddır. Serj Sərkisyan, Robert Köçəryan, Vardan Oskanyan, “Artsax”, “Stepanakert”, ATƏT-in Minsk Qrupunun kitabı bağlanıb və onlar artıq tarixin arxivindədir".
   Axar.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA