sedanews.az
sedanews.az

Kəşmir Həmrəyliyi Günü münasibətilə Moskvada Pakistan səfirliyində mərasim keçirilib

8-02-2024, 12:42 185 dəfə baxılıb

    Kəşmir Həmrəyliyi Günü münasibətilə Mockvada Pakistan səfirliyində mərasim keçirilib və mərasim iştirakçıları Hindistan işğalına qarşı mübarizədə Kəşmir qardaşlarına dəstəyi davam etdirməyə sadiq olduqlarını bir daha bəyan ediblər.
  Pakistan səfiri Mohammad Khalid Camali, diplomatik heyət, media nümayəndələri və Pakistan ictimaiyyətinin iştirak etdiyi tədbirdə iştirakçılara Hindistanın işğalı altında olan Kəşmirdəki vəhşiliklərini əks etdirən sənədli film nümayiş etdirilib.
  Mərasimdə dövlət başçısının və baş nazirin Kəşmir Həmrəylik Günü ilə bağlı mesajları oxunub.
 Pakistan səfiri Məhəmməd Xalid Camali Prezident Arif Alvinin Kəşmir Həmrəyliyi Günü ilə bağlı xüsusi mesajını çatdırıb. Pakistan Baş nazirinin mesajını missiya rəhbərinin müavini oxuyub.
  Bu münasibətlə Hindistanın işğal olunmuş Kəşmirdəki vəhşiliklərini əks etdirən fotosərgi də təşkil olunub.
                                                                          Moskva (Elgiz Axundov)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA