İlham Əliyev Pakistanın dəstəyi barədə: “Bu, əsl qardaşlığın təzahürüdür”
“Pakistan münaqişənin ilk günündən, müharibə bitənə qədər Azərbaycana açıq dəstək verən ölkələrdəndir”.
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
İlham Əliyev qeyd edib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünə birmənalı yanaşma nümayiş etdirirdi.
“Pakistan çox az ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb. Çox az ölkə Pakistan kimidir. Biz buna görə minnətdarıq. Bu, əsl qardaşlığın təzahürüdür”, - deyə İlham Əliyev əlavə edib.
Prezident bildirib ki, müharibə dövründə Azərbaycan şəhərlərində Pakistan və Türkiyə bayraqları da dalğalanıb:
“Biz bununla demək istəyirdik ki, bizə dəstək verən kimdir. Bu, həm də bizim xalqın ürəyindən gəlirdi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.