sedanews.az
sedanews.az

Saxta etibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaq?

20-05-2023, 13:02 11 dəfə baxılıb


Notarius rəisi Daxil Kərimovun Bakıda, Hacıqabulda mülkləri, Cəlilabadda torpaq sahələri...  

Ölkəmizdə fəaliyyət göstərən  dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin  dözülməz olması barədə  dəfələrlə  araşdırma yazıları dərc etmişik. 

Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə  yaxın notariat kontoru fəaliyyət göstərir. 

Onlardan 100-dən çoxu  dövlət kontorudur və  30-u  Bakıda, 70-dən artığı isə  regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat  kantorları da fəaliyyət  göstərir. 

Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı  notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi  hala çevrilib. 

Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. 

Məlum olur ki, hansısa  notariat  kantoru   saxta  sənəd verərək  vətəndaşın mülkiyyət hüququnu  pozub. 

Daha dəqiq desək,  notariat kantorlarda alqı-satqı  prosesində saxtakarlığa  yol verilib.

Bu hələ  harasıdır..?

Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini  notarius  vasitəsilə kiməsə  satıblar…

Sözün qısası, notariusların bu qanunsuz əməlləri vətəndaşları bezdirib. 

Belə  xüsusi  notariuslardan biri də Daxil Fazil oğlu Kərimovdur. 

Bu adam vaxtilə Şirvanda notarius  vəzifəsində işləyib. 

Media üzərindən apardığımız araşdırma  zamanı bu adamın barəsində nə qədər  şikayətlərə rast gəldik. 

Vətəndaş  yazır ki, qızımın evini  onun xəbəri olmadan  banka girov qoyublar. 

Deməli,  ev sahibinin qaynı  saxta  sənəd  tərtib edərək  notarius   Daxil Kərimova təsdiq etdirib  və evi girov qoyaraq  bankdan böyük məbləğdə  kredit götürüb. 

Təsəvvür edirsiniz  evin sahibinin  bu cinayət əməlindən xəbəri yoxdur. Notarius  Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur. 
Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta  etibarnaməni  təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir..? 

Daxil Kərimov  ev sahibinin qaynı ilə sövdələşib  saxta etibarnamə ilə  bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi..? 
Bəli, Daxil Kərimov indi  iki uşaq və bir ananın  başına faciə gətirib. 

Belə ki, vaxtında  verilməyən və hazırda  57 min olan kreditə  görə,  bank  məhkəmə vasitəsilə  ana və 2 övladını evdən çıxarıb bayıra atıb. 
Təsəvvür  edirsiniz  məhkəmədə işə baxan hakim 4-cü dəfə  notarius  Daxil Kərimovu  məhkəməyə dəvət edir ki, izahat versin. 
Amma  Daxil Kərimov hətta məhkəməni  sayıb  prosesə gəlmir. 

Gör bu insan nə dərəcədə  həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm…

Biz Daxilin yadına bir məqamı salmaq istəyirik…

Yadındadırmı, Hacıqabulla Şirvan futbol komandalarının oyununda Hacıqabul 1 qol vuranda yerindən ayağa qalxaraq “ Urraaa”  qışqırdın…Və polis rəisi dedi ki, bunu aparın soxun içəri, ağlı başına  gəlsin…

Ay Daxil,  deyəsən ağlın hələ  başına gəlməyib, axı…

Özünü yuxarı hesab edən kəs 2 körpə uşağın və anaın faciəsinə səbəb olmazdı…

 İnsanları faciələrə düçar edirsən…

Hələ Allah qoymasa, Şirvandan Bakıya köçmüsən…

Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı  şəhərində  mülklərin, obyektlərin…

Biz hələ Cəlilabaddakı  torpaq sahələrini, ticarət obyektlərini demirik…

Görəsən, Ədliyyə Nazirliyi  Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib..? 

Çünki bu adam notariusdan çox, kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına. 

Sonda  bir daha  daxil Kərimovun yadına salmaq istəyirik ki,  iddiaçı “Ekspressbank”ASC  2 uşaq anasına qarşı  kredit borcunun tutulması, tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxılıb…

Səbəb isə  Daxil Kərimovun  təsdiq etdiyi  saxta etibarnamədir…

Başa düşdünmü, Daxil  Kərimov..? 

Yekələnmək yox, YEKƏ olmaq Lazımdır. 

Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA