sedanews.az
sedanews.az

O kəndlər Azərbaycanındır: əgər müqavimət göstərsək…

5-04-2024, 11:54 125 dəfə baxılıb

   Kirants ilə bitişik Xeyrimli kəndi də Azərbaycan kəndidir, burada həmişə azərbaycanlılar yaşayıb. O ərazilər (Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndi nəzərdə tutur – red.) Azərbaycan əraziləridir, buna heç bir şübhə yoxdur. Təbii ki, sakinlər bir-birinə yaxın olacaqlar, bu gün də əvvəlki münasibətlər yoxdur deyə, bu da insanlarda narahatlıq yaradır. İcevanlı bir erməni kimi mən də bundan narahatam. İndi biz işlər görməliyik, yollar çəkməliyik, sədd olmalıdır, amma mən belə hesab edirəm ki, Azərbaycana azərbaycanlıların olanı verməliyik, bizim olanı götürməliyik.
  Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında deputat, Tavuş qubernatoru Hayk Qalumyanın atası Volodya Qalumyan deyib.
  O bildirib ki, həmin əraziyə gedib, insanları silahla sərhədi qorumağa təhrik etmək təxribatdır:
“O kəndlərdə silahla döyüşmək, sərhədi qorumaq istəyənlər bir neçə dəqiqə ərzində yer üzündən silinəcək. Kənd yox olacaq, insanlar da. Heç kim bu barədə düşünmək istəmir”.
O, “bu halda azərbaycanlılarla burun-buruna yaşayacağıq, bu, normaldırmı” sualına belə cavab verib:
“Əvvəllər belə yaşamışıq”.
  Deputat həmçinin o kəndlərin Azərbaycana qaytarılacağı halda Gürcüstana gedən yolun və qaz kəmərlərinin də Azərbaycan ərazisinə düşəcəyi barədə sualı da eyni qaydada cavablandırıb: “Əvvəllər də belə olub”.
  V.Qalumyan deyib ki, Ermənistan hələ döyüşməyə və qalib gəlməyə hazır deyil:
“Ona görə də bu gün müharibədən qaçmalıyıq. Ölkəmizi yalnız sülh xilas edə bilər. Azərbaycan da sülh istəyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA