sedanews.az
sedanews.az

Hər kəs təhsil arxasınca getməməlidir - Deputat

17-10-2022, 14:11 224 dəfə baxılıb

   Bəzən dediyimiz cümlələri kontekstən çıxarırlar. Mən demişəm ki, təhsil almaq istəyənlərin hamısı gərək müəyyən səviyyədə biliyə malik olsunlar. Hər kəs təhsil arxasınca getməməlidir. İnsanlar peşə də öyrənməlidir, kənd təsərrüfatı ilə də məşğul olmalıdır. Kənddə yaşayırsa, inək sağmağı, mal-qara bəsləməyi bacarmalıdır.

  Bu sözləri Axar.az-a açıqlamasında deputat Tahir Rzayev deyib.
"Təhsil almaq xatirinə 100-150 bal toplayıb Bakıya üz tutanlar çoxdur. Az bal toplayıb kollecə, universitetə qəbul olurlar. Amma bu adamın işləmək qabiliyyəti olmur. Ali təhsil aldıqdan sonra isə başqa işə də getmək istəmir. Onların peşələrə üstünlük verməsi daha yaxşı olardı. Bu dəqiqə yaxşı peşə sahibi demək olar ki, yoxdur.
  Xahiş edirəm, savadı olmayanlar universitetə həvəs göstərməsinlər. Bu gün bilikli də, biliksiz də gəlir ki, oxumalıyam. Əgər birinin peşə qabiliyyəti varsa, getsin yaxşı bərbər, çilingər, usta, aşpaz olsun. Öz kəndində qalıb bacardığı işi görsün. Gənc iş tapmaq üçün kənddən çıxıb Bakıya gəlir. Nəticədə iş tapa bilməyib başqa yollara əl atır. Bir tərəfdən də şəhərdə əhalinin sayı artır. Razıyam, rayonlarda kifayət qədər iş yerləri yoxdur. Amma yetərincə olmasa da, iş yerləri var. Gedib müraciət etsinlər. Sadəcə gənclər artıq kəndlərdə yaşamaq istəmirlər. Bu gün ailəni dolandırmaq üçün hər bir ailə üzvü zəhmət çəkməlidir. Evdə oturmaqla, şəhərə qaçmaqla ailə dolandırmaq olmur”, - Rzayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA