sedanews.az
sedanews.az

Elektromobillərin zəhərli olduğu üzə çıxdı

10-07-2024, 09:10 106 dəfə baxılıb


   Dyuk Universiteti və Texas Texniki Universitetindən olan amerikalı alimlər "əbədi kimyəvi maddələr" kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyini tapıblar.
   Axar.az Oxu.az-a istinadla xəbər verir ki, onun elektromobillərin istehsalı ilə əlaqəli olduğu ortaya çıxıb.
Tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.
PFAS yemək yapışmayan qablar, su keçirməyən materiallar və digər məhsulların istehsalı üçün istifadə edilən 16 min kimyəvi maddədən ibarət qrupdur. PFAS ətraf mühitdə çətin parçalanır, buna görə də onlara "əbədi kimyəvi maddələr" deyilir. Orqanizmdə toplanan bu maddələr xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olur.
   Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb.
   Tədqiqat göstərir ki, litium-ion batareyalarının yalnız təxminən 5%-i təkrar emal olunur və 2040-cı ilə qədər litium-ion batareya tullantılarının həcmi təxminən 8 milyon ton ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA