sedanews.az
sedanews.az

Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024, 16:20 113 dəfə baxılıb


  Təşkilati tədbirlər çərçivəsində bizim elektron sistəmlərin gücləndirilməsi, əsasən mediasiya prosesinin rəqəmsallaşdırılması, tərəflərin mediasiya prosesinə müraciətinin daha da asanlaşdırılması nəzərdə tutulub.
APA-Economics” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclasında deyib.
  O bildirib ki, ölkəmizin statistik göstəricilərini özündə əks etdirən rəqəmlər vahid məhkəmə sistemində dərc olunur. Yəni, hər bir şəxs daxil olub məhkəmə işlərinin sayı, həll olma əmsalı barədə statistik məlumatları əldə edə bilərlər.
  Nazir müavini onu da qeyd edib ki, elektron məhkəmə sisteminin inkişafı, habelə məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin artırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üzrə işlər aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA