İllər sonra Ağdama qayıtdılar - 362 nəfərin arzusu gerçəkləşdi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
sedanevs.az xəbər verir ki, növbəti mərhələdə 117 ailənin – ümumilikdə 362 nəfərin Ağdam şəhərinə köçürülməsi həyata keçirilib.
Doğma yurda qayıdan sakinlər yaradılan şəraitə və göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Ağdam sakinləri, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Onlar Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onlara rəhmət diləyiblər.
Qeyd edək ki, Ağdam şəhərinə köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məhəllələri salınır, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: