sedanews.az
sedanews.az

Xaçmazda dəhşətli qətl: Qayınata və qayınanasını yatdığı yerdə öldürdü, arvadını yaraladı - YENİLƏNİB

18-09-2020, 10:20 476 dəfə baxılıb




Xaçmazda dəhşətli qətl: Qayınata və qayınanasını yatdığı yerdə öldürdü, arvadını yaraladı - YENİLƏNİB


Xaçmazda baş verən dəhşətli hadisənin yeni təfərrüatı məlum olub. 
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, səhər saatlarında qayınata və qayınanasının qaldığı evə gələn Rəhman Osmanov onların yatdığı otağa daxil olub. 
Məlumatlara görə, kürəkən Sona Yunusovanı və Beykəs Yunusovu yatdığı yerdə güllələyib. 
Bundan başqa, R.Osmanov həyat yoldaşına da atəş açıb. Qadın yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. 
Bildirilib ki, qadın R.Osmanovla aralarında yaranan münaqişədən sonra ata evinə qayıdıbmış. 
İlkin ehtimala görə, R. Osmanov hadisəni törədən zaman sərxoş olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA