sedanews.az
sedanews.az

Yol kənarında faciəvi şəkildə ölənlər SOCAR-ın işçiləri olub

28-04-2022, 12:22 376 dəfə baxılıb

      


    Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada ölən şəxslər SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı olublar. Belə ki, Bakı şəhər sakinləri Emil Qurbanov və Səyavuş Cəfərov imsak etmək üçün maşını saxlayıblar. Bu zaman həmin ərazidən keçən İbrahim Əsədzadə sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla yol kənarında dayanan Emil Qurbanov və Səyavuş Cəfərovu vurub.
   Qeyd edək ki, qəza zamanı ölən şəxslərin yanında onların daha bir iş yoldaşı da olub. Həmin şəxs təsadüf nəticəsində sağ qalıb. Belə ki, o gödəkçəsini götürmək üçün maşının salonuna əyləşib. Qəza da məhz həmin an baş verib.
Məlumata görə, qəzanı törədən İbrahim Əsədzadə həbsdən yeni çıxıbmış.
    Həmçinin oxuyun: Maşından düşüb yolda dayanan şəxslər faciəvi şəkildə öldü
    Yol kənarında faciəvi şəkildə ölənlər maşını imsak üçün saxlayıblarmış...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA