sedanews.az
sedanews.az

İranda avtobus qəzaya uğrayıb, 35 zəvvar ölüb

21-08-2024, 10:26 161 dəfə baxılıb

  İraqın Kərbəla şəhərində Ərbəin mərasimlərinə qatılmaq üçün yola çıxan pakistanlı zəvvarları daşıyan avtobus İranın Yəzd əyalətində qəzaya düşüb.
  REAL xəbər verir ki, qəzada 35 nəfər ölüb, 15 nəfər yaralanıb.
İlkin məlumata görə, avtomobil qəzası əyləc nasazlığı səbəbindən baş verib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya aparılıb.
  Radio Pakistan xəbər verir ki, sərnişinlərin əksəriyyəti Larkana, Qotki və Sind əyalətinin digər şəhərlərindən olub.
  Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA