sedanews.az
sedanews.az

Sumqayıtda sərnişin avtobusu qəza törətdi: ölən var

21-08-2024, 11:50 243 dəfə baxılıb

 Sərnişin avtobusu ilə minik avtomobili toqquşub

  Axar.az Report-a istinadən verir ki, hadisə "Saray körpüsü" yaxınlığında qeydə alınıb.
1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayev idarə ediyi 16-19 saylı xətt üzrə işləyən "Paz" markalı 10 JR 983 nömrə nişanlı avtobusla 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevin idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20 EK 097 nömrə nişanlı avtomaşınla toqquşub.
  Cavidan Mirzəyev qapalı kəllə beyin travması xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib və sonradan aldığı xəsarətdən xəstəxanada ölüb.
  Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA