sedanews.az
sedanews.az

Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq

22-09-2020, 11:11 21 dəfə baxılıb

Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.
M.Əhlinin sözlərinə görə, Azərbaycan və İran arasında birgə sənaye parkı iki ölkə sərhədinin sıfır nöqtəsində və Parsabad rayonunun Təzəkənd məntəqəsində yaradılacaq.
Əhli deyib ki, birgə sənaye parkının yaradılması Azərbaycan və İranın münasibətlərinin inkişafında yeni səhifə açacaq: "Ərdəbil vilayətinin sərhəd mövqeyindən istifadə olunması qonşu ölkələrə məhsul ixracının artmasında önəmli rola sahib ola bilər. İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatının icra direktoru Möhsün Salehiniyanın bölgəyə səfəri çərçivəsində yaradılacaq parkın yeri müəyyənləşib. İlk mərhələdə 100 hektar ərazidə sərhəd parkının yaradılması mümkündür".
Şirkət rəsmisi bildirib ki, İranın Parsabad rayonunun qubernatoru ərazinin planını İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatına göndərəcək. Plan təşkilatda və İranın Nazirlər Kabinetində təsdiqləndikdən sonra icra oluna bilər.
Əhli əlavə edib ki, sərhəd parkının yaradılması sərhəd ərazilərdə inkişafa və məşğulluğun artması ilə nəticələnəcək. Birgə sərhəd parkının yaradılması ilə Ərdəbil vilayətində yerli və xarici investorların iştirakına şərait yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA