sedanews.az
sedanews.az

Trilyonlar səpildi, indi isə dövlətlər müflisləşəcək

17-12-2020, 14:18 405 dəfə baxılıb

Trilyonlar səpildi, indi isə dövlətlər müflisləşəcək

Bu il dünyada pandemiyaya baxmayaraq, milyarderlərin varidatını 2 trilyon dollar artırması ciddi problemlərə yol aça bilər.
Axar.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərli hazırda dünya milyarderlər klubu üzvlərinin toplam varidatının 11,4 trilyon dollara çatdığını vurğulayıb.
Onun sözlərinə görə, “milyarderlər klubu”na rəsmi şəkildə elan edilən milyarderlər daxildir ki, onların da sayı 3000 nəfərə yaxındır:
“Yəni dünyada 3000 nəfərin var-dövləti 11,4 trilyon dollardır. Bu vəsait hesabına dünyada aclığa, susuzluğa, kasıblığa qalib gəlmək olar.
Yaxşı, böhranlı 2020-ci ildə bu insanların pulu niyə artdı?! Çünki həm FES, ABŞ, həm AB, həm də Çin və Yaponiya dünya iqtisadiyyatına göydən pul səpdilər, pul (kredit) ucuzlaşdı və ayrılan 12 trilyon vəsait real sektordan daha çox səhm bazarına getdi. Bu da dünya iqtisadiyyatında növbəti böhranların əsasını qoydu. Yəni dünya arxasında heç nə durmayan pul bolluğuna düşüb. Bir müddət sonra borcların qaytarılması, “suyun” çəkilməsi dövrü başlayacaq, o zaman dünyada insanların, şirkətlərin, hətta ölkələrin müflisləşmə dövrü başlayacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA