İqtisadiyyat naziri, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dubay şəhərində səfərdədir.
Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nümayəndə heyətinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev, energetika nazirinin müavini Kamal Abbasov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov,Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar daxildir.
Səfər çərçivəsində M.Cabbarovla BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib. Azərbaycanlı nazir səfərin BƏƏ üçün əlamətdar dövrə təsadüf etdiyini qeyd edib, qarşı tərəfi 3 noyabr Bayraq Günü münasibətilə təbrik edib. M.Cabbarov ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. O, qeyd edib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır. Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyi və Dubayda “Azərbaycan Ticarət Evi” işgüzar əlaqələrin inkişafı üçün səmərəli platformalardır. Azərbaycanın “Dubay EXPO 2020” ümumdünya sərgisində təmsil olunması da yeni biznes tərəfdaşlığına və investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Görüşdə həmçinin, Azərbaycan iqtisadiyyatı, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
A.B.T.A.Marri ölkəsində Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.
Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. İclasda M.Cabbarov qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əməkdaşlığının beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etdiyini, qarşılıqlı dəstəyə əsaslandığını bildirib və regional inkişafda rolunu vurğulayıb.
İqtisadiyyat naziri ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb. Tədbirdə ticarət əlaqələrinin şaxələndirilməsinin önəmi, Azərbaycanın qeyri-neft məhsullarının BƏƏ bazarlarına çıxarılması imkanlarının daha geniş olduğu vurğulanıb. Ölkəmizin BƏƏ-də təşkil edilən sərgilərdə, investisiya forumlarında fəal iştirakı yerli məhsullarımızın BƏƏ bazarlarında təşviqini genişləndirir. Azərbaycan şirkətlərinin “Dubay EXPO 2020” sərgisində iştirakı məhsullarımızın, ölkəmizin investisiya imkanlarının tanıdılmasında xüsusilə əhəmiyyətlidir.
BƏƏ iş adamları da Azərbaycanın əlverişli biznes mühitindən faydalanır, nəqliyyat, ticarət, sənaye, kənd təsərrüfatı, xidmət və s. sahələrdə fəaliyyət göstərirlər.
İclasda ölkəmizin investisiya cəlbediciliyi barədə məlumat verilib, Azərbaycan və BƏƏ arasında bərpa olunan enerji, sənaye, turizm, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, kiçik və orta biznesin inkişafı, ərzaq təhlükəziliyi və digər sahələrdə əməkdaşlıq imkanlarının böyük olduğu qeyd edilib. M.Cabbarov torpaqlarımızın işğaldan azad olunmasının yeni reallıqlar və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar yaratdığını vurğulayaraq, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işləri, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradıldığını, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başladığını diqqətə çatdırıb. Vurğulanıb ki, sənaye, kənd təsərrüfatı, enerji, tranzit, turizm sahələrində böyük resurslara malik Qarabağ bölgəsində tərəfdaşlıq qarşılıqlı faydalı əməkdaşlığımıza əlavə stimul verə bilər.
A.B.T.A.Marri ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, “Dubay EXPO 2020” sərgisinin yaratdığı imkanlar barədə məlumat verib, Azərbaycanın sərgidə təmsil olunmasından məmnunluğunu ifadə edib.
Tədbirdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
İclasın sonunda yekun Protokol imzalanıb. Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.
Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan nümayəndə heyəti BƏƏ-yə səfəri çərçivəsində bu ölkənin 4-cü Sənaye İnqilabı Mərkəzində olub. Vurğulanıb ki, Dördüncü Sənaye İnqilabının çağırışlarına sürətlə və çevik uyğunlaşma qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsinin, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi baxımından xüsusilə əhəmiyyətlidir. Azərbaycanda da bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb və hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əlaqələr üçün perspektivlər açır.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumunun BƏƏ-dəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən qurumu “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ehtiva edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakıda Türk Şurası ölkələri arasında memorandum imzalandı - FOTO
Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal bərpası aparılır - Mikayıl Cabbarov
İsrail və Azərbaycan: dəyirmi masa keçirildi
Azərbaycan və Rusiya arasında saziş imzalandı
İlham Əliyev təməlqoyma mərasimində
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb