sedanews.az
sedanews.az

Avropaya 10 mlrd. kubmetr qaz nəql edilib

5-02-2022, 12:38 292 dəfə baxılıb


K.Simon: “Şahdəniz" qazının tədarükünün artırılmasının tərəfdarıyıq
2020-ci ilin dekabrından Trans-Adriatik Boru Kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi işləməsinə nəzər salanda görürük ki, bu dəhliz altı ölkədən keçərək, 3500 kilometr məsafə qət edir ki, bu da tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz nümunəsidir. Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson deyib.
Kadri Simson bildirib ki, cənub qaz dəhlizi daha aydın şəkildə bu tənzimləyici kontekstə uyğundur və bazar imkanları əsas hesab olunur. Biz gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinin, "Şahdəniz" yatağından hasil edilən təbii qazın tədarükünün artırılmasının tərəfdarıyıq. Hazırda enerji bazarında qiymət artımı var. Bu baxımdan da hesab edirəm ki, CQD Cənub Şərqi Avropanın enerji təchizatı üçün mühüm əhəmiyyət kəsb edir" - deyə o, qeyd edib.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA